Sosial
ANS PRESS
Mingəçevirdə qadağan olunmuş əraziyə girən kişi aləmi bir-birinə qatdı
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları qadağan olunmuş əraziyə qanunsuz daxil olan şəxsi yaxalayıb.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 1 nəfər Mingəçevir şəhəri, Mingəçevir su anbarının qadağan olunmuş ərazisinə rezin qayıqla daxil olub.
Dərhal nazirliyin müvafiq mühafizə xidməti aparan mühafizəçiləri vətəndaşı sahilə çıxmaq istəyərkən yaxalayıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 22:10-da başa çatıb.
Hələlik saxlanılan şəxsin niyə qaydaları pozduğu məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
MənbəANS PRESS