Sosial
Mingəçevir və Yevlax avtovağzalları gücləndirilmiş iş rejimindədir
Mingəçevir şəhərindəki avtovağzalda bayram günlərində sərnişin sıxlığının yaranmaması üçün əlavə tədbirlər görülüb.
Milli.Az El Tv-ə ( Region Tv) istinadən xəbər verir ki, avtovağzal gücləndirilmiş iş rejimində çalışır. Avtovağzalın direktor müavini Vahid Quliyev bildirir ki, əgər sərnişin sıxlığı yaranarsa, xəttə əlavə olaraq, 20 ədəd nəqliyyat vasitəsinin çıxarılması nəzərdə tutulub.
Yevlax rayonunda fəaliyyət göstərən avtovağzal da gücləndirilmiş iş rejimindədir. Burada bayram günlərində yarana biləcək sərnişin sıxlığı nəzərə alınaraq, reysə əlavə olaraq, 15 mikroavtobus və digər 5 ədəd iritutumlu nəqliyyat vasitəsi çıxarılıb. Növbə rəisi Nicat Mustafayev deyir ki, biletlərin qiymətində artım yoxdur.
Milli.Az