Şou

"Min bir gecə" hələ də rekord qırır

Metbuat.az

Bərgüzar Korel və Halit Ergenç cütlüyünün baş rolda oynadığı "Bin bir gece" ("Min bir gecə") serialı Argentinada da izlənmə rekordu qırıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə,  2005-ci ildən etibarən yayımlanan serial bitsə də, müxtəlif ölkələrdə hələ də izlənilir. Serial Braziliyada da böyük maraqla qarşılanıb.
 
Bir müddət əvvəl hətta Çilinin sahil şəhəri olan Vine Del Mar-ın qadın bələdiyyə sədri Virciniya Reginotta seçicilərinin rəğbətini qazanmaq üçün "Şəhərimizə Bergüzar Korellə Halit Ergençi gətirəcəyəm" vədi vermişdi.