Şou
"Milli Məclisin müzakirəsinə çıxarılsın" - Faiq Ağayevdən etiraz
Xalq artisti Faiq Ağayev son zamanlar Bakıda küçə itlərinin yandırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, müğənni belə addım atan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını təklif edib:
“Bir neçə vaxtdır ki, sosial şəbəkələrdə itlərin yandırılması ilə bağlı məlumatlar yayılıb. Bundan öncə də adamı vahiməyə gətirən bu cür xəbərlər cəmiyyətimizin kəskin reaksiyasına səbəb olmuşdu. Heyvanlara qarşı həssas insanam. Belə xəbərlər məni üzür. Bu - insaniyyətdən uzaq, zalım və insafsız hərəkətlərə son qoyulmalıdır. Təklif edirəm ki, bu məsələ Milli Məclisin müzakirəsinə çıxarılsın, mövcud qanunvericiliyə dəyişikliklər edilsin və heyvanlarla amansız rəftara görə cinayət məsuliyyəti tətbiq olunsun”.