Sosial
Milli.Az
Milli Azərbaycan Tarixi Muzeyində yeni eksponat
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinə tunc üzükdən ibarət yeni tapıntı təqdim olunub.
Muzeydən
Trend-ə verilən məlumata görə, üzük Tərtər rayonunun Qızıloba kəndində təsadüfən tapılıb. Üzük en kəsiyi rombvari olan halqadan və yarpaqşəkilli yastı qaşdan ibarətdir. Qaşın üzərinə isə mərkəzində nöqtə olan yeddi ədəd dairə zərb edilib. Onun diametri 18, uzunluğu 21 mm-dir.
Muzeyin Arxeologiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru
Nasir Quluzadəsözügedən tapıntının XVII-XIX əsrlərə aid edildiyini bildirib. Üzük təmsil etdiyi dövrün məişətinin və metalişləmə sənətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Milli.Az