Şou

Migel de Servantesin məzarı tapıldı

Metbuat.az
Məşhur “Don Kixot” romanının müəllifi, ispan yazıçısı Migel de Servantes Saavedranın məzarı tapılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bir illik araşdırmalardan sonra yazıçının qəbrinin Madriddəki “Trinitarias” kilsəsinin altında olduğu dəqiqləşib.



1616-cı ildə dünyasını dəyişən M.D.Servantesin öz istəyi ilə həmin məbədin altında dəfn olunduğu tarix kitablarına əsasən müəyyənləşib. “M” və “C” hərflərinin yazıldığı məzarın Servanteslə xanımı Katalina de Salazara aid olduğu üzə çıxıb.



Tapılan qalıqlar əsasında laboratoriyada aparılan analizlərdən sonra orada uyuyan şəxslərin məhz Servanteslə həyat yoldaşı olduğu bildirilib.



Qeyd edək ki, hələ 2 əsr əvvəl həmin kilsənin altında bir qadın, bir kişi və bir uşaq məzarının olduğu iddia edilirdi. Uşağın Servantesin yeganə qızı İzabel olduğu deyilirdi.