Mifə çevrilmiş dəb qanunu (FOTO)
Təbiət - modanın əbədi ilham pərisidir. Ötən moda həftələrindəki nümayişlərdə bir daha əmin olduq ki, tanınmış dizaynerlər öz kolleksiyalarında təbiətin ən gözəl naxışlarından istifadə ediblər.
"Printləri qarışdırmaq olmaz!" - bu trend artıq çoxdan mifə çevrilib. Çoxları belə düşünür ki, iki müxtəlif printi qarışdırsan, zövqsüz və sıxıcı görünərsən. Bəlkə də, bu həqiqətən belədir. Ancaq dünyanın bir çox dəbli qadınlarının luklarına nəzər saldıqda görürək ki, onların özəlliyi də məhz printləri qarışdıra bilmək bacarıqlarıdır. Ciovanna Battalya, Kyara Ferrani, Miroslava Duma, Anna Dello Russo... Siyahını uzatmaq olar. Yaz mövsümündə də "total-look" üslubundan qaçmağa çalışıb. Bu, heç vaxt aktual olmayıb.
Buro 24/7 ötən mövsümün nümayişlərindən ən yaddaqalan obrazların toplusunu hazırlayıb. Nəzərdən keçirin və qeydlər aparın.
Mənbə
Buro247.az