Sosial
Mətbəx sirləri: "Zolaqlıların səfəri"
Milli.Az toyuq kotletləri, kartof və pomidordan dadlı xörəyin hazırlanma qaydasını təqdim edir
Tərkibi:
kotlet:
qarnir:
Resept: vk.com/cookinder
Milli.Az
Tərkibi:
kotlet:
1 toyuğun döş əti
1 yumurta
1 orta boy soğan
1 ç.q. dənəvər xardal
1 ç.q. ketçup
ədviyyat
duz
2-3 x.q. un
qarnir:
6-7 kartof
5-6 pomidor
0,5 baş soğan
formanı yağlamaq üçün zeytun yağı
2 diş sarımsaq
100 q istənilən pendir
1 yumurta
150 ml süd
100 q xama
Əti və soğanı ət maşınından keçirin, yumurta, xardal və ədviyyatı əlavə edib yaxşıca qarışdırın.
Kartofu təmizləyib iri fal-fal doğrayın, duzlu suda tam bişirin.
Pomidorları da fal-fal doğrayın.
Formanın içinə sarımsaq sürtün, zeytun yağıyla yağlayın.
Kartofları pomidorlarla növbələyərək düzün. Ortasına toyuq kotletlərini, kotletlərin kənarına isə yarımhalqa doğranmış soğanı düzün.
Pendir, yumurta, xama və süd qarışığını üzərinə tökün.
180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin.
Nuş olsun!
Resept: vk.com/cookinder
Milli.Az