Sosial

Mətbəx sirləri: "Mimoza" tortu

Metbuat.az
Milli.Az sadə və effektli görünüşü olan "Mimoza" tortunun hazırlanma qaydasını təqdim edir

Tərkibi:


1-ci korj:


4 yumurta


1 st. şəkər tozu


1 st. un


vanil



2-ci korj:


2 yumurta


0,5 st. şəkər tozu


0,5 st. un


vanil



krem:

350-400 ml yağlı qaymaq


1 st. şəkər pudrası



arasına:


1 banka doğranmış ananas konservi



Göstərilən ərzaqlardan ayrı-ayrı iki korj bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.



Korjları tam soyudub ortadan iki bölün.



Yağlı qaymağı krem halına gələnədək çalın, sonra şəkər pudrası əlavə edib qarışdırın.



İri birinci korjun yarısına ananas konservinin suyundan hopdurun. Kremin yarısını çəkin. Üzərinə kubik doğranmış ananas dilimlərini düzün.





Korjun ikinci yarısını üzərinə qoyun, ananas şirəsini hopdurun. Tortun kənarlarına və üstünə kremin qalanını çəkin.



İkinci korju da əvvəl ortadan eninə  bölün, sonra nazik şəridlərə, bu şəridləri isə kubik kimi doğrayın. Kubiklər nə qədər balaca olsa, bir elə qəşəng olar.



Bu "kubik"ləri tortun üzərinə və kənarlarına düzün, əlinizlə azca basın ki, yaxşı yapışsın.



Üzərinə şəkər pudrası səpib ən az 1 saat soyuducuda saxlayın.



Göstərilən ərzaqdan təxminən 2 kq ağırlığında tort alınır.





Nuş olsun!



Resept: vk.com/vkusnenki

Milli.Az