Sosial

Mətbəx sirləri: Guştnut - FOTO

Metbuat.az
Milli.Az " Aliyənin kulinariya kitabı "na istinadən özbək mətbəxindən guştnutun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

500 q mal əti (qoyun əti də olar)


400 q noxud


5 orta boy pomidor


1 baş soğan


ədviyyat





Noxudu bir sutka əvvəldən soyuq suda islatmaq lazımdır. Sonra yuyub suyunu süzün.


Həcmi 2-3 dəfə artacaq.





Əti "quşbaşı" doğrayıb ərinmiş yağda qıpqırmızı qızardın.





Pomidorların üzərinə qaynar su tökün.





Ətə noxudu əlavə edin, suyu çəkiləndən sonra, yağa düşəndə daha 5 dəqiqə qovurun.


 




Noxudun üzərinə çıxanadək su tökün. Qaynara düşəndən sonra qazanın qapağını örtün və vam odda 1 saat bişirin.





1 saat sonra: 





Pomidorun qabığını soyun.





Kubik doğrayın.





Qazana əlavə edin.





Qarışdırın. Duz, qara və qırmızı istiot əlavə edin.





Orta itilikli odda 20-30 dəqiqə (qapağı bağlı) bişirin. 2-3 diş sarımsağı əzib əlavə edin, ocaqdan götürün.





Soğanı yarımhalqa doğrayın, soyuq suda yuyub azca sıxın, duz-istiot vurun.



Xörəyi kasalara çəkib kənarına doğranmış soğan qoyun.



Plov, yaxud digər qarnirlə də süfrəyə verə bilərsiniz.





Nuş olsun!



Milli.Az