Sosial

Mətbəx sirləri: "Çiçək" salatı - FOTO

Metbuat.az
Milli.Az alimero.ru-ya istinadən koreya üsulu yerkökü, göbələk və toyuq ətindən salatın hazırlanma qaydasını təqdim edir

Tərkibi: 


180-200 q toyuq 


4 yumurta


150 q marinə edilmiş göbələk


100 q

koreya üsulu yerkökü

160 q pendir


mayonez



bəzək:

cəfəri, yumurta, pomidor



Toyuq ətini ədviyyat və duzla suda bişirin. Doğrayıb bir qədər qovurun. Bu, birinci laydır.





Üzərinə mayonez çəkin, doğranmış göbələyi döşəyin.





Mayonez çəkin. Növbəti lay - koreya üsulu yerköküdür.





Mayonez çəkib, doğranmış, yaxud sürtgəcdən keçirilmiş yumurta döşəyin.





Yenə mayonez vurub sürtgəcdən keçirilmiş pendir səpin.





Axırıncı layın da üzərinə mayonez vurun.





Yumurta ağından çiçək ləçəkləri düzəldin, ortasına pomidor dilimi qoyun, cəfəridən gül saplağı düzəldin.





Nuş olsun!



Milli.Az