Sosial

Mətbəx sirləri: Boqraç - FOTO

Metbuat.az
Milli.Az macar mətbəxindən boqraç şorbasının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 kq mal əti


4 qabığı soyulmuş pomidor


3 bolqar bibəri


kartof


1 acı istiot


4 baş soğan


2-3 yerkökü


tomat sousunda lobya


yağ


bulyon və ya su


paprika


duz


qara istiot


cəfəri


sarımsaq



Yağı qızdırın, 2 x.q. paprika və xırda doğranmış soğanı əlavə edib qovurun. Doğranmış əti əlavə edib qızardın. 



Doğranmış yerkökü əlavə edin.



Bir qədər qovrulduqdan sonra digər ərzağı qatın: bibər, lobya, pomidor. Qarışdırıb azca duz vurun.



Üstünə çıxacaq qədər bulyon tökün. Qulyaş kimi qatı olmalıdır. Acı istiotu da qazana atıb qapağını örtün, ocağı azaldın.



Kartofu təmizləyib iri doğrayın. 40-60 dəqiqə sonra kartofu əlavə edin, yenə bulyon tökün, duzunu yoxlayın, qapağını örtün.



Kartof bişdikdən sonra sarımsaq və cəfərini əlavə edin.



Nuş olsun! 



Resept: vk.com/vkusnenki

Milli.Az