Sosial

Mətbəx sirləri: "Baunti" pirojnası

Metbuat.az
Milli.Az "Baunti" pirojnasının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

biskvit:

4 yumurta


80 q un


20 q kakao tozu


20 q kartof nişastası


120 q şəkər tozu


0,5 ç.q. qabartma tozu



iç:

6-7 x.q. mannı


500 ml süd


200 q şəkər tozu


200 q kərə yağı


vanil


250 q kokos yonqarı



bəzək:



150 ml süd


1 paket "çalınmış qaymaq"


kakao


şəkərli muncuqlar



Əvvəlcə içi hazırlayın. Südü qaynadın, mannı və vanil əlavə edib bişirin. Ocaqdan götürüb çalın ki, lopalar qalmasın.



Yumşaldılmış yağı şəkər tozu ilə ağarıncayadək çalın, bir qədər soyumuş mannı sıyığına əlavə edin, mikserlə çalaraq kokos yonqarını da əlavə edin. Yaxşıca çalandan sonra soyuducuya qoyun.



Unu, nişastanı, qabartma tozu və kakaonu birlikdə ələyib qarışdırın. Yumurta ağlarını möhkəm çalın, 2 x.q. şəkər tozu əlavə edib parıldayıb azacıq bərkiyənədək çalın.



Yumurta sarılarını 3 x.q. şəkər tozu ilə rəngi açılanadək çalın. Yumurta ağlarına əlavə edin, ehtiyatla qarışdırın.



Formaları bitki yağı ilə yaxşıca yağlayın, hər birinə 1,5 x.q. xəmir qoyun, üzərini hamarlayın (14 forma gərəkdir).



180 dərəcə qızdırılmış sobada bişirin. Bişib-bişmədiyini diş çöpü ilə yoxlayın.



Biskvitləri soyudun. Üzərlərinə təxminən 2 x.q. iç qoyub digər biskviti üzərinə basın, kənara çıxan kremi götürün, pirojnanın qırağını hamarlayın. 



Bəzək üçün: "çalınmış qaymaq" paketinin içindəki tozu 150 ml soyuq südlə bərkiyənədək çalın. Biskvitlərin üzərinə çəkin, kakao və muncuqlarla bəzəyin.



Nuş olsun!



Resept: vk.com/academy_main

Milli.Az