Sosial

Mətbəx sirləri: Balqabaq şorbası

Metbuat.az
Milli.Az "Sofra" dərgisinə istinadən balqabaq şorbasının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 


2 dilim balqabaq


2 toyuq filesi


5 st. su


2 damcı limon şirəsi


yarım limonun sedrası


2 x.q. zeytun yağı


1 ç. q. qara istiot


duz



Toyuq döşünü suda bişirin. Əti sudan çıxarıb didin. Yarısını ayırıb bir kənara qoyun, yarısını yenə qazana qaytarın.



Kubik doğranmış balqabağı, limon şirəsi və sedrasını, zeytun yağı, duz-istiotu əlavə edib bişirin. Hazır olanda blenderdən keçirin, ocaqdan götürün. 



Boşqablara çəkib üzərinə kənara ayırdığınız didilmiş ət səpin.



Nuş olsun!



Milli.Az