Şou

Mətanətdən Günaya: "Ulduzluğun tutmuşdu, forslanırdın"

Metbuat.az

Müğənni Günay İbrahimli “Gündəlik” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Mətanət Əliverdiyeva ifaçıya “Niyə efirə çıxmırdın? Arada ulduzluğun tutmuşdu, forslanırdın, efirə çıxmırdın” deyə bildirib.

G.İbrahimli isə ATV telekanalı ilə anlaşılmazlıq yaşadığını bildirib:

“Heç bir kanala hörmətsizlik etmərəm. İlk dəfə ATV-də efirə çıxmışdım. Ona görə də bu kanalı daha çox sevirəm. Anlaşılmazlıq olmuşdu, yoluna qoyduq. Tanınmış simalar üçün televiziyada görünmək vacibdir. İki ay efirə çıxmayanda unudulursan”.

Foto: Ramin ASLANOV