Mətanət Əliverdiyeva onu ağlatdı - VİDEO
Rəqqasə Fatimə Fətəliyeva və aparıcı Mətanət Əliverdiyeva arasında qalmaqal yaşanıb
Milli.Az
axşam.az-a istinadən xəbər verir ki, aparıcının sənətçinin yeni rəqsini canlı efirdə bəyənmədiyini deməsi onu özündən çıxarıb.
"Onlar" kamerası qarşısında göz yaşlarını saxlaya bilməyən Fatimə etirazını bildirib:
"Çox pozitiv idim. İstədiyim insanın verilişinə qonaq olmuşdum. Amma canlı efirdə bu sözü söyləmək lazım deyildi. Burada mən yox, müəllimim təhqir olundu. Bu rəqs üzərində çox çalışmışdım. Məni sevməyənlər bunu əllərində bayraq tutmasınlar. Kaş mən də başqalarına oxşayıb, efirdə rola girə biləydim. Düşmənlərim sevinməsinlər. Mən möhkəm qadınam, özüm əziyyətimlə ayaq üstə durmuşam. Heç kim mənə dəstək olmayıb".
M.Əliverdiyeva isə: "Fikir bildirmək o demək deyil ki, onu istəmirəm. Fatimənin bütün rəqslərini bəyənirəm. Sadəcə, o rəqsini tək mən yox, tamaşaçı da bəyənmədi. Elə bil balaca qız ortaya düşüb oynayırdı. İnsan elə bir şeyə göz yaşı tökər?" - deyə cavab verib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.