Məşhur müğənninin əri xərçəng oldu (FOTO)
Dünya şöhrətli müğənni canlı efirdə göz yaşlarına boğuldu. ANS PRESS-in məlumatına görə, məşhur müğənni Selin Dion ərinin yenidən xərçəngə tutulduğunu açıqlayıb.
"ABC News"da Debora Robertsin qonağı olan S.Dion 73 yaşlı ərinin qırtlaq xərçəngindən əziyyət çəkdiyini deyib. O, ərinə necə baxdığını açıqlayanda göz yaşlarını gizlədə bilməyib.
O, ərini borularla qidalandırdığını deyib. "Yemək yeyə bilmir. Ona görə onu mən bəsləyirəm. Gündə üç dəfə ona boru ilə yemək verirəm".
Sənətçi əri Rene Angelilin xəstəliyi ilə bağlı olaraq bir müddət konsertlərinə ara vermək məcburiyyətində qaldığını deyib. Dion bir neçə böyük konsertini təxirə salmalı olub. "Özümü, varlığımı, enerjimi həyat yoldaşıma sərf etmək istəyirəm".
Xatırladaq ki, Selin Dion musiqiçi Rene Angelil ilə 1994-cü ildə ailə qurub. Onların Rene Çarles adında 14 yaşlı oğlu, 4 yaşlı Eddi və Nelson adlı əkizləri var.
R. Angelil ilk dəfə 1999-cu ildə xərçəngə tutulub. Dion o zaman da ərinin yanında olmaq üçün kariyerasına fasilə vermişdi.
Mənbə
ANS PRESS