Şou
Məşhur model podiumu tərk edir
Model Jizel Bundhen apreldə podiumdakı 20 illik karyerasına son qoyacaq.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, model sonuncu dəfə San-Pauloda podiuma çıxacaq. Jizel bundan sonra yalnız reklam kampaniyalarında və fotosessiyalarda yer alacağını bildirib.
J.Bundhen özünün yeni biznes layihələrinə başlayacaq.