Məşhur aktyorun həyat yoldaşı: "Onu görən kimi bəyəndim" - FOTO
"O, mənim qardaşımın dostu idi. Tez-tez bizə gəlirdi. Onu görən kimi bəyəndim. Sonra biz Moskvaya getdik və üç il sonra qayıtdıq. Fəvvarələr bağında qardaşımla gəzəndə dedim: "Kaş Kamranı görərdik". Sözümü qurtarmamış Kamran qarşımıza çıxdı. Növbəti gün mənə zəng vuranda nikaha getmək təklif elədi".
Milli.Az xəbər verir ki, bu sözləri
Lady Day.Az-a müsahibəsində tanınmış aktyor
Kamran Ağabalayevin həyat yoldaşı
Nigardeyib.
"Mən şokta idim. Zarafat elədiyini düşünürdüm. Ancaq üç aydan sonra nişanlandıq, bir il sonra isə ailə qurduq", - o əlavə edib.
Nigar xanımın sözlərinə görə, Kamranın xarakteri elə də qəliz deyil.
"O çəkilişlər zamanı sərtdir, ancaq evdə çox yumşaqdır. Uşaqlarla özünü uşaq kimi aparır. Onlarla futbol oynaya, divanda atılıb-düşə bilər. Belə adamla yola getməmək mümkün deyil", - o qeyd edib.
Müsahibənin tam mətnini
bu keçiddərus dilində oxuya bilərsiniz.
Milli.Az