Şou
ANS PRESS
Məşhur aktyordan Azərbaycana qarşı alçaq addım
Hollivudun məşhur aktyoru Corc Kluni ermənilərin soyqırımı haqqında mükafat təsis edib.
ANS PRESS-in məlumatına görə, bu haqda The New York Times yazır.
Corc Kluni ABŞ-da erməni diasporasının liderləri ilə birgə ermənilərin soyqırımının yüzillik ildönümünün şərəfinə “Aurora Prize” adlı mükafatı təsis edib.
Mükafat başqalarını xilas etmək üçün öz həyatını riskə atan insanlara veriləcək. Laureat milyon dollar ölçüsündə qrant alacaq.
Qalib bu məbləği xeyriyyə təşkilatlarına yönəltməlidir. Planlaşdırılır ki, birinci mükafatlandırma mərasimi növbəti ilin aprelində İrəvanda keçirilsin.
MənbəANS PRESS