Şou
Mənbə
ANS PRESS
Məşhur aktrisanın uşaqlıq fotosu yayıldı (FOTO)
Hollivudun məşhur aktrisası Dryu Berrimorun sosial şəbəkədə uşaqlıq fotosu yayılıb.
ANS PRESS-in məlumatına görə, məşhur rejissor Stiven Spilberqlə çəkilmiş fotoda aktrisanın 6 yaşı var.
1975-ci ildə Amerikada aktyor və aktrisa ata-ananın övladı kimi dünyaya Berrimor aktrisalıq karyerasına 11 aylığında çəkildiyi reklam çarxı ilə başlayıb.
O zamandan bəri bir çox filmlərdə çəkilən və tv proqramlarında aparıcılıq edən aktrisa “Çarlinin mələkləri” filmində canlandırdığı obrazla tamaşaçıların yadında qalıb.
Ailəli və iki övlad anası olan Berrimor aktrisalıqla yanaşı ssenari müəllifi kimi də fəaliyyət göstərir və bir neçə kitabın müəllifidir.
Mənbə
ANS PRESS