Şou
"Məni yerə yıxıb, başlayırlar təpikləməyə"
Müğənni İzzət Bağırzadə vaxtının çoxunu oğlanlarına həsr edir.
İfaçı bu haqda Axşam.az-ın əməkdaşı ilə söhbətində deyib:
“Gündüz evdə oluram, bütün vaxtımı oğlanlarıma sərf edirəm. Məndən şikayət etmirlər. Axşam da toy olanda gedirəm. Məndən əl çəkmirlər, deyirlər elə oynayaq. Onlarla uşaqlaşıram. Məni yerə yıxıb, başlayırlar təpikləməyə”.
İ.Bağırzadə oğlanlarının gələcəkdə müğənni olmaması üçün mübarizə aparır:
“Bilirəm ki, istedadları varsa, bir yerdən büruzə verəcək. Amma bacardığım qədər onlarla mübarizə aparacam, müğənni olmasınlar”.
Qeyd edək ki, İ.Bağırzadənin üç oğlu var.