Şou
"Mənə deyir ki, niyə dar, qısa geyinmirsən?"
Gülay Zeynallı geyim tərzindən və qiyafələrinə xərclədiyi pullardan danışıb.
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, ifaçı ayaqqabılara və çantalara daha çox pul xərclədiyini deyib.
“Sənətdə olan insanlar da bilirlər ki, geyimlərə çox pul vermək olmur. Bir paltarı uzağı iki-üç dəfədən sonra geyinmək olmur. İstənilən ucuz qiyafəni bahalı ayaqqabı və çanta ilə kombinə etmək olar.
Hərdən mənə deyirlər ki, siz çox incə-mincə xanımsınız. Niyə dar, qısa yubkalar geyinmirsiz? Axı bu məni təbiətimə uyğun deyil. 25 ildə seçimim dəyişməyibsə, bundan sonra çətin dəyişər”.
Milli.Az
Milli.Az