Şou
"Mənə ATV-də qadağa qoyulmayıb"
Müğənni Nadir Qafarzadə ATV telekanalında ona qadağa qoyulması xəbərinə aydınlıq gətirib.
Axşam.az-ın məlumatına görə, "Gün üzü" verilişində dünyaca məşhur ifaçı Sami Yusifin ünvanına dediyi "Haranın zibilidir" sözündən sonra canlı efirdən uzaqlaşdırılan sənətçi əməkdaşımızla söhbətində bunları deyib:
“Bu xəbəri eşidəndən sonra telekanal rəhbərliyi ilə əlaqə saxladım. Mənə Azərbaycanda heç bir televiziyada, o cümlədən ATV-də qadağa qoyulmayıb. Düşmənlərim sevinməsin. Onların mənə, mənim də qarşı tərəfə böyük hörmətim var. Onlar bəzi cılız insanların düşündüyü qədər aciz deyil ki, Azərbaycan oğluna səbəbsiz və ya kiməsə görə qadağa qoysunlar".