Mədəniyyət

“Məlikməmməd və sehrli almalar” tamaşasının premyerası olub

Metbuat.az

Bakı, 14 mart,

AZƏRTAC

Maraqlı və zəngin repertuarı ilə seçilən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Novruz bayramı ərəfəsində balaca tamaşaçılarına daha bir maraqlı tamaşa təqdim edib. Belə ki, martın 14-də teatrın səhnəsində “Məlikməmməd” xalq nağılı əsasında səhnələşdirilmiş “Məlikməmməd və sehrli almalar” tamaşasının premyerası olub.

AZƏRTAC

xəbər verir ki, tamaşanın təqdimatından əvvəl Baharın personajları olan Kosa və Keçəlin ifasında kiçik bir səhnəcik təqdim edilib.


Sonra balaca tamaşaçılar “Məlikməmməd və sehrli almalar” tamaşasını maraqla izləyiblər.


Səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssam Elnur Babayev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.


Tamaşada rolları Asya Atakişiyeva, Günel Məmmədova, Roza İbadova, Zümrüd Quliyeva, Təhminə Məmmədova və başqaları ifa ediblər.


Balacalara bol gülüş bəxş edən bu səhnə əsəri, həm də onları düzlüyə, sədaqətli olmağa, yalan danışmamağa, böyüyə hörmət etməyə çağırıb.