Sosial

Media nümayəndələri Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini izləyəcək

Metbuat.az

[ 28 Mart 2015 15:56 ]



Bakı. Ağa Cəfərli-APA. Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin Konyada keçirilən “TURAZ Şahini 2015” birgə təlimləri davam edir.

APA-nın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 30-da və 31-də mətbuat nümayəndələri təlimləri izləyə biləcəklər.

Təlimlər aprelin 2-si başa çatacaq.