Sosial
Martın 20-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb
Sabah Azərbaycan rayonlarında arabir yağış yağacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Atrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.
Tibbi metereoloji proqnoza gəlincə, martın 20-si və 21-də metereoliji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.