Sosial

Martın 18-dək yağış yağacaq: temperatur enəcək

Metbuat.az

Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bildirib ki,  gecəyə doğru bəzi yerlərdə yağış yağma ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında sabah gecə və axşam bəzi yerlərdə havanın yağıntılı keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti proqnozlaşdırılır.

Martın 18-dək hava yağıntılı olacaq. Temperatur bu günlə müqayisədə 4-5 dərəcə enəcək.