Mədəniyyət
“Leyli və Məcnun” İsmayıllıda təqdim olunacaq
Bakı, 10 mart,
AZƏRTACMartın 14-də İsmayıllı rayon Mədəniyyət Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yaradıcı kollektivinin ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunacaq. Operanın nümayişi İsmayıllı Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə layihəsi əsasında təşkil ediləcək.
Teatrın mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, operada Leyli partiyasını xalq artisti Nəzakət Teymurova, Məcnun rolunu isə xalq artisti Mənsum İbrahimov canlandıracaq.
Tamaşanı əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.