Sosial

Lənkəranda yanğın baş verib

Metbuat.az

Bakı. 16 mart. REPORT.AZ/ Lənkəranda yanğın baş verib. "Report"un

Fövqəladə Hallar Nazirliyi

nə (FHN) istinadən verdiyi məlumata görə, hadisə rayonun Kərgalan kəndində qeydə alınıb.


Belə ki, vətandaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın saat 20:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.