Sosial

Lənkəranda soyqırım qurbanları anıldı - FOTO

Metbuat.az

Lənkəranda 31 - Mart Soyqrım Qurbanları xatirəsi anılıb. Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, anım mərasimində rayon rəhbərliyi, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatlarda, eləcə də təhsil, mədəniyyət müəssisələrində çalışan yüzlərlə lənkəranlı soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyublar.



Rayon sakinləri soyqırım qurbanlarının xatirəsinə ehtiramını nümayiş etdirib, şəhidlərin ruhlarına dualar oxunub.



Qeyd edək ki, 1918-ci ilin martında ermənilər Lənkəranda şəhərin mərkəzi də daxil olmaqla Sütəmurdov Girdəni, Vilvan, Gərmətük, Kərgəlan, Osakücə və digər kəndlərdə xüsusi amansızlıqla qanlı qırğınlar törədiblər.



Milli.Az