Sosial

Kürə çörəyi ilə məşhur olan kənd

Metbuat.az

Yevlax rayonunun Tanrıqulular kəndində çörək kürələrdə bişirilir. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, bu kənddə həm evlərdə, həm də küçələrdə sakinlərin ümumi istifadəsində olan kürələrə rast gəlinir.



Kənd sakini

Tamam Rzayeva

deyir ki, həmin kürələrdən hamı yararlana bilir.


Sakin

Sahibə Fərzəliyeva

isə bildirir ki, kürədə bişirilən çörək keyfiyyətli olur. Bu, maddi baxımdan da sərfəlidir. Həm də təndirdən fərqli olaraq, kürədə bişirələcək xəmiri istənilən qədər acıtmaq mümkündür.



Sakinlər bildirirlər ki, kənddə kürə çörəyinə maraq günü-gündən artır.



Milli.Az