Şou

"Kösem Sultan" roluna daha bir namizəd

Metbuat.az

"Möhtəşəm yüzil" serialına bənzədilən "Kösem Sultan" sentyabr ayında başlayacaq.

Axşam.az-ın acunn.com-a istinadən məlumatına görə, tarixi serialın baş rolunda kimin çəkiləcəyi hələ də məlum deyil. Kösem Sultan obrazına uyğun görülən Məryəm Üzərli, Tuba Büyüküstün, Beren Saat və Bergüzar Korel kimi aktrisaların ardından daha bir namizədin adı ortaya çıxıb.

Dünyanın ən məşhur serialı "Game of Thrones"da ("Taxt oyunları") çəkilmiş Sibel Kekillinin də son həftələr baş rola çəkiləcəyi xəbərləri yayılıb.

Qeyd edək ki, müxtəlif nüfuzlu mükafatlar qazanan Sibel Kekilli fəaliyyətini Almaniyada davam etdirir.