Şou

“Kişilər uşaq kimidir...” – Vəfa Zeynalova

Metbuat.az

Əməkdar artist Vəfa Zeynalova “Günəbaxan” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aktrisa kişilərin xasiyyətini xarakterizə edib:

“Kişilərin hamısı xanımı ilə maraqlanır: harda idin, niyə gec gəldin? Amma hər yerdə qadınların onlarla sorğu-suallarını bəyənmədiklərini deyirlər. Yalandır. Subay vaxtı ana maraqlanır: hardasan, evə tez gəl. Ailə qurduqdan sonra isə kişilər həyat yoldaşının onlarla eyni formada maraqlanmasını xoşlayırlar. Bütün xanımlar yoldaşı üçün ana olur. Kişilər uşaq kimidir”.