Kişi müğənni yenə soyundu (FOTO)
Yeni albomu üçün soyunaraq kamera qarşısına keçən müğənni Çelikin yeni bir fotosu yayılıb. Bu fotoda o əvvəlki şəkli kimi çılpaqdır.
Bir foto ilə Türkiyə gündəminə bomba kimi düşən Çelik bu addımının səbəbini də izah edib. ANS PRESS-in məlumatına görə, müğənni qalmaqallı fotolarını “Benimki de Kalp” adlı mahnısının reklamı üçün çəkdirib. Mahnıda eşq ağrı-acısı və çarəsizlikdən bəhs edilir.
Onun sözlərinə görə, fotoda kişi ağıl, qadın iradə, alma isə dünyanı simvolizə edir.
Müğənni çılpaq fotolarının mükafat qazanacağına ümid edir. O, deyib ki, sənəti, xəyalı olmayanın gələcəyi olmaz. Bəzən sənət görünən yox, görünənin arxasında qalandır.
"Biz dəyişməliyik. Özümüz dəyişmək istəmirik, amma istəyirik ki, başqa hamı dəyişsin. Ona görə, sosial şəbəkələrdə yazırıq. Yazdıqlarımızı isə özümüz yerinə yetirmirik".
Mənbə
ANS PRESS