Sosial
Mənbə
ANS PRESS
Kipr Günayı ən yaxşı model seçdi (FOTO)
Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model və aktrisa Günay Musayeva "İstanbul Fashion Week"də iştirak edəcək.
ANS PRESS-in məlumatına görə, Günaya yaxın günlərdə Kipr Universitetinin mükafatı da təqdim ediləcək. Universitet tələbələrinin arasında keçirilmiş qapalı səsverməylə həmyerlimiz ilin ən yaxşı modeli kimi mükafatlandırılacaq.
Bu yaxınlada Bakıda qonaq olan və “Baku Fashion Nights”-də modelyerlər Gülşən İbrahimova, Gülnarə Xəlilova və Yıldırım Mayrukun nümayişlərində çıxış edən model martın 22-də yenidən Bakının qonağı olacaq.
Günay Musayeva Nizami Kino Mərkəzində rol aldığı “Kod adı KOZ” filminin təqdimatında iştirak edəcək.
Mənbə
ANS PRESS