Şou

Keçmiş sevgilisindən Murada barışıq ismarışı

Metbuat.az
Müğənni Murad Bozun 8 illik münasibətdən sonra ayrıldığı keçmiş sevgilisi Eliz Sakuçoğlu sosial şəbəkədən ona ismarış göndərib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçını unuda bilmədiyini deyən Eliz onunla barışmaq istədiyini dilə gətirib:



“Həyatımda Günəş kimi doğuldun. İşığım, getmək istədiyim yol, gələcəyim oldun. Bütün hədəflərimi sən seçdin. Səndən aldığım güc sayəsində özümə yaratdığım dünyamın əsas qəhrəmanısan. Vaxt gələcək, bunu sən də başa düşəcəksən. Bu dünyada hər kəsin bir yarısı var...Sizə səbr etməyi öyrədir, özünüzlə üz-üzə qoyur, bütün həyatınızı dəyişir. Aranızda qurulan əlaqəni istəyib-istəməsəniz belə, heç nə ilə əvəz etmək olmur. Həmin yarınızı tapanda, necə olursa-olsun, onun üçün mübarizə aparın və qoyun hər bir şeyi tale özü həll etsin...”.



Xatırladaq ki, Murad Boz Eliz Sakuçoğlundan aktyor Engin Öztürklə ona xəyanət etdiyi üçün ayrılmışdı.