Şou

Keçmiş həyat yoldaşından aktyora ilginc toy hədiyyəsi

Metbuat.az
Bir neçə həftə əvvəl aktrisa-model Amber Heardla nikah masasına əyləşən Hollivud ulduzu Conni Depə keçmiş həyat yoldaşı Vanessa Paradis maraqlı toy hədiyyəsi göndərib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, fransız ifaçı Depplə xanımına toster mətbəx cihazı bağışlayıb.



Bunun simvolik məna daşıdığını yazan Qərb mətbuatı əslində Paradisin Amberə “Ümid edirəm, darıxdırıcı bir həyatınız olar” ismarışını göndərdiyini yazıb.