Şou
Kayahan xəstəxanaya yerləşdirildi
Xərçəng xəstəliyindən əziyyət çəkən müğənni-bəstəkar Kayahan yenidən xəstəxanaya yerləşdirilib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin halı qəflətən pisləşdiyindən həyat yoldaşı İpək Acar tərəfindən xəstəxanaya aparılıb.
Kayahanı ziyarət edən ilk həmkarı Nilufər olub. Hazırda səhhəti nisbətən normallaşan müğənninin Nilufərə “Sağalım, televiziya layihəsi hazırlayaq”, - deyə təklif etdiyi öyrənilib.