Şou

İzzət Bağırov soyadını dəyişdi

Metbuat.az

Müğənni İzzət Bağırov soyadını dəyişib. Lent.az xəbər verir ki, bu barədə ifaçı “Ey dost” mahnısına keçirdiyi mətbuat konfransında bildirib. İfaçı deyib ki, artıq bu gündən etibarən hər kəs onu “Bağırov” soyadı ilə yox, “Bağırzadə” soyadı ilə çağırmalıdır. 


Qeyd edək ki, artıq ifaçı yeni işıq üzü görən albomunun üz qabığında da soyadı "Bağırzadə" yazılıb.