Mədəniyyət

IV Beynəlxalq muğam müsabiqəsinə yekun vurulub

Metbuat.az

Bakı, 17 mart, Türkan Abdullayeva,

AZƏRTAC

“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasında keçirilən IV Beynəlxalq muğam müsabiqəsinə martın 17-də yekun vurulub.


AZƏRTAC

xəbər verir ki, Milli Konservatoriyanın rektoru, xalq artisti, münsiflər heyətinin sədri Siyavuş Kərimi müsabiqənin bitdiyini və obyektiv seçim edildiyini söyləyib.


Məlumat verilib ki, solo muğam ifaçılığı üzrə 1-ci, 2-ci və 3-cü yerlərə iki nəfər, instrumental muğam ifaçılığı üzrə bir nəfər 1-ci və 3-cü yerlərə, iki nəfər isə 2-ci yerə layiq görülüblər. Üç iştirakçı isə müsabiqənin xüsusi mükafatı ilə təltif ediləcək. Vurğulanıb ki, bu dəfə müsabiqədə "Qran-pri" olmayacaq.


Sonra Azərbaycan Milli Konservatoriyası ilə Fələstin Milli Konservatoriyası arasında müqavilə imzalanıb.


Qeyd edək ki, müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, Latviya, İran, İraq, Özbəkistan, Tacikistan və Çindən musiqiçiləri iştirak ediblər. İfaçıları Azərbaycanın xalq artisti Siyavuş Kəriminin sədrliyi ilə beynəlmiləl tərkibli münsiflər heyəti qiymətləndirib,


Müsabiqənin qalibləri martın 18-də “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının bağlanış mərasimində mükafatlandırılacaq və onların iştirakı ilə qala-konsert keçiriləcək.