Mədəniyyət
AZƏRTAC
IV Beynəlxalq muğam festivalı çərçivəsində Kamera və orqan musiqisi zalında konsert olub
Bakı, 14 mart, Salihə Əliyeva,
AZƏRTACIV Beynəlxalq muğam festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında orqan musiqisi konserti olub.
AZƏRTAC
xəbər verir ki, konsert Rasimə Babayevanın ifasında (orqan) Nazim Əliverdibəyovun “Bayatı Şiraz”ı ilə başlanıb.
Beynəlxalq müsabiqə laureatları Səbinə Bədəlbəyova (orqan) və Murad Kərimli (skripka) Asəf Zeynallının “Muğamsayağı” əsərini ifa ediblər.
Konsertin proqramında Azərbaycan klassiklərinin digər əsərləri də səsləndirilib.
Tamaşaçılar arasında IV Beynəlxalq muğam festivalının iştirakçıları da olub.