Şou

"İşte benim stilim"in Azərbayan əsilli gözəli - fotolar

Metbuat.az
TV8-də yayımlanan "İşte benim stilim" dəb proqramında iştirakçı olan Azərbaycan əsilli Emel Özkızıltaş artıq finala doğru addımlayır.

Axşam.az-ın məlumatına görə, Emel əslən azərbaycanlı olduğunu proqrama ilk dəfə qatılanda deyib. Artıq 9-cu həftədir yarışan model rəqsi və danışığıyla münsiflər heyətinin rəğbətini qazanıb.



28 yaşlı E.Özkızıltaş yarışmadan əvvəl Türk Hava Yollarında işləyib. Sadə və dəbli geyinməyi sevən gənc qız qalib olarsa pulun bir hissəsiylə yardım edəcəyini, qalanını isə anasına verəcəyini bildirib. Ayrıldıqları üçün uzun müddətdir atasını görməyən Emel hətta onun harada olduğunu bilmir.



Emel Özkızıltaşın yarışmadakı fotolarını təqdim edirik.