İstanbulda Qənirə Paşayevanın kitablarının təqdimatı olub
Bakı, 8 mart,
AZƏRTAC.
İstanbulda Milli Məclisin deputatı Qənirə Paşayevanın Türkiyə türkcəsində çıxan “Allah, seven kalplerdedir” və “Aşk Başka” adlı kitablarının təqdimatı olub.
AZƏRTAC
xəbər verir ki, Türkiyənin tanınmış simalarının və ictimai-siyasi xadimlərinin iştirakı ilə keçən təqdimat mərasimində kitabları Türkiyə türkcəsinə uyğunlaşdıran yazar İmdat Afşar, tanınmış sənətçi Orxan Gəncəbay, şair Camal Şafi və başqaları çıxış ediblər.
Bildirilib ki, Q.Paşayevanın kitablarının satışından əldə ediləcək gəlir valideynlərini itirmiş və ya ağır ailə vəziyyəti üzündən ali təhsil ala bilməyən, əsasən isə hüquq sahəsində oxuyan qızların təhsillərinə xərclənəcək.
Sonda Q.Paşayeva kitabların işıq üzü görməsində ona dəstək göstərən bütün insanlara təşəkkürünü bildirib.