Mədəniyyət

İstanbulda keçirilən Beynəlxalq Novruz sərgi-festivalında Azərbaycan bölməsi nümayiş olunub

Metbuat.az

İstanbul, 21 mart,

AZƏRTAC

İstanbulun Zeytunburnu Mədəniyyət və Sənət Mərkəzində təşkil olunmuş Beynəlxalq Novruz sərgi-festivalında türkdilli ölkələr ayrı-ayrı bölmələrdə təmsil olunublar.


Burada İstanbuldakı baş konsulluğumuz tərəfindən qurulmuş Azərbaycan bölməsi xalqımızın qədim Novruz ənənələrindən olan mətbəx nümunələri və əl işləri ilə bəzədilib.


Sərginin açılışında İstanbul valisi Vasip Şahin, İstanbul böyükşəhər bələdiyyəsinin sədri Qadir Topbaş, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, şəhərdəki diplomatik korpusun təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.


Sonra mərasim bədii hissə ilə davam edib.


Azərbaycan bölməsinə baş çəkən V.Şahin, Q.Topbaş və başqaları xalqımıza Novruz təbriklərini və xoş arzularını çatdırıblar. Ziyarərçilərə Novruz xonçaları, ölkəmizin tarixini və müasir inkişafını əks etdirən kitab və jurnallar, digər əyani vəsaitlər paylanıb.


Sərgidəki ayrı-ayrı bölmələrdə Novruza dair mətbəx nümunələri sərgilənib, el adətləri, maraqlı konsert proqramları nümayiş olunub.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul