Dünya

İstanbulda "Adımlar Dergisi"nin redaksiyasında partlayış olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Metbuat.az

[ 26 Mart 2015 02:34 ]



Bakı – APA. Istanbulda “Adımlar Dergisi"nin redaksiyasında partlayış baş verib.

APA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

“Adımlar Dergisi"nin redaksiyası altımərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir.  Güclü partlayış nəticəsində binanın divarları qismən dağılıb, ətrafdakı ev və ofislərin şüşələri qırılıb. Hadisə yerinə polis, xilasediciləri, təcili tibbi yardım briqadaları cəlb olunub.