Sosial
İstanbul-Tokio aviareysi bomba ehtimalı səbəbindən təxirə salınıb
Bakı. 30 mart. REPORT.AZ/ İstanbuldan Tokioya bu gücə səfər edən "Türk Hava Yolları" şirkətinə aid təyyarədə partlayıcı qurğunun yerləşdirildiyinə dair ehtimal sərnişinlər arasında panikaya səbəb olub.
"Report"un NTV telekanalına istinadən verdiyi xəbərə görə, təyyarınin tualet bölməsində yazılan "C-4 kargo" yazısını oxuyan sərnişinlər eyni adlı partlayıcı maddənin təyyarədə ola biləciyindən qorxublar.
Nəticədə təyyarə İstanbulun Atatürk Hava Alanına qayıdmalı olub. Aparılan yoxlama nəticəsində heç bir partlayıcı aşkarlanmayıb.
Sərnişinlər isə bir gün sonra baş tutacak növbəti İstanbul-Tokio aviareysini gözləməli olublar.