Şou
İstanbul dəfiləsində qeyri-adi libas - fotolar
Türkiyəli modelyer Tanju Babacan İstanbulda “Red Beard” markasının yeni kolleksiyasını təqdim edib.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, transparan libasların üstünlük təşkil etdiyi dəfilədə qeyri-adi geyimlər diqqət çəkib. Xüsusilə, sadəcə tüklərdən hazırlanmış və bədənin müəyyən hissələrini örtən geyim maraqla qarşılanıb.
Dəfilənin sürpriz modeli isə almaniyalı aktrisa Vilma Elles olub. Qarın nahiyəsi açıq libasla podiuma çıxan Vilmanın dörd aylıq hamilə olduğu öyrənilib. Ana olacağı ilə bağlı xəbərləri hər zaman təkzib edən aktrisaya sevgilisi Kərəm Göyüş sürpriz edərək gül dəstəsi göndərib. V.Elles hamiləliyinin normal keçdiyini deyib.