Şou
İnternet vasitəsilə uşaq satırlar
Çində uşaqların internet vasitəsilə açıq-aşkar satılma halları qeydə alınıb.
Axşam.az-ın BBC-yə istinadən məlumatına görə, polis uşaq alverinin qarşısını almaqda çətinlik çəkir. BBC müxbiri Martin Peyşnzın araşdırmasından sonra məlum olub ki, hər il 20 min uşaq qaçırılaraq övladlığa verilmə adı ilə satılır.
Elanların birində 8 aylıq sağlam qız uşağı 30 min dollara satışa çıxarılıb. Qızı almaq adı ilə əlaqə yaradan müxbirə uşaq video vasitəsilə göstərilib. Körpəni satan qadın bunu ehtiyac ucbatından etdiyini deyib.
Jurnalistin polisə müraciətindən sonra cinayət işi açılıb.
Qeyd edək ki, keçən il polisin apardığı əməliyyatlar nəticəsində mindən çox uşaq alverçisi tutulub və 400-ə yaxın uşaq xilas edilib. Çində uşaq ticarətinə görə edam cəzası da verilə bilər.