Mədəniyyət

İncəsənət ustalarımız dünyanın müxtəlif ölkələrində təşkil olunacaq Novruz şənliklərinə qatılacaqlar

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş və 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən beynəlxalq status verilmiş Novruz hazırda dünya bayramı kimi qeyd edilir.


Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, TÜRKSOY təşkilatının təşəbbüsü ilə martın 21-22-də Ankarada, 24-25-də Parisdə, UNESCO-nun Baş Qərargahında, 26-da Kölndə, 28-də isə Vyanada Novruzla bağlı şənliklər təşkil olunacaq. Tədbirlərdə türkdilli respublikaların rəsmi və bədii heyətləri iştirak edəcəklər.


Böyük siyasi və mədəni əhəmiyyəti olan Novruz şənliklərində nazirliyin şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə “Cəngi” estrada-folklor ansamblı və aşıq Əli Quliyev iştirak edəcəklər.